Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 167 $▼4.49%
  • Ethereum1 922 $▼4.72%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zelenski: "Bir həftədə rusların 7 döyüş təyyarəsi vurulub"

image-1708598370-selen
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Rusiyanın 7 Suxoy (Su) tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. 

Busaat.az xəbər verir ki, Zelenski dünən axşam verdiyi açıqlamasında deyib:

“Hərbi Hava Qüvvələrimizə və səmamızı müdafiə edən hər kəsə təşəkkür etmək istəyirəm. Rusiya hərbi təyyarələri ilə bağlı yaxşı nəticələr var. Bir həftə ərzində Rusiyanın ‘Su’ reaktivləri olan 7 döyüş təyyarəsi vurulub. Bu il ölkəmiz üçün ən mühüm hədəflərdən biri səmanı və ön mövqelərimizi Rusiyanın hava və raket hücumlarına qarşı müdafiə etməkdir”.

Yeni təhlükəsizlik razılaşmaları etməyi planlaşdırdıqlarını bildirən Zelenski, “Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Bunlar çox vacib müqavilələrdir. Bunlara döyüşçülərimizə yeni müdafiə dəstəyi, dövlətimiz üçün çox xüsusi maliyyə təminatları və Ukraynanı, dövlətimizi, cəmiyyətimizi daha böyük imkanlara, dünya ilə daha geniş qarşılıqlı əlaqəyə və daha böyük gücə yaxınlaşdıran siyasi əməkdaşlıq daxildir. Önümüzdəki həftələrdə bir neçə yeni təhlükəsizlik sazişi hazırlayırıq. Bunları hazırlayan komandalarımıza və tərəfdaşlarımıza minnətdaram”, deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135677