Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 834 $▼3.50%
  • Ethereum1 838 $▼4.63%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zelenski Çexiyaya səfər edib

image-default-2023-07-07t012303-697
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çexiya hökumətinin Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə xüsusi təyyarəsi Praqanın Ruzin hava limanına eniş edib.

Busaat.az bu barədə  Çex TV-yə xəbər verir.

Zelenskinin olduğu təyyarə Sofiyadan saat 19:21-də havaya qalxıb və Kiyev vaxtı ilə saat 20:54-də Praqaya enib.

Zelenski Çexiya prezidentinin iqamətgahı olan Praqa qəsrinə gedib, burada prezident Petr Pavel, həmçinin baş nazir və Çexiya parlamentinin spikerləri ilə danışıqlar aparacaq.

Bu, Rusiya qoşunlarının Ukraynaya daxil olmasından bəri Ukrayna prezidentinin Çexiyaya  ilk səfəridir.

“Zelenskinin bu səfəri Çexiyanın Rusiya təcavüzünün başlanğıcından bəri Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmək və bu dəstəyin davam edəcəyinə əmin olmaq məqsədi daşıyır”, – Çexiya prezidentinin dəftərxanası bildirib.

Qeyd edək ki,  prezidentlərin NATO-nun Vilnüs sammiti ərəfəsində mövqelərini razılaşdıracaqları gözlənilir, burada Ukrayna üçün təhlükəsizlik təminatları və digər məsələlər müzakirə olunacaq.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114694