
Zelenski Ərdoğan və Quterreşə təşəkkür etdi
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin dəstəyi ilə yaradılan Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində Ukrayna limanlarından 15 milyon tondan çox taxıl məhsulları ixrac edilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski yayıb.
BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sözügedən təşəbbüsün reallaşmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirən Zelenski, kənd təsərrüfatı məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması üçün “Ukraynadan taxıl” təşəbbüsünü də başlatdıqlarını bildirib.
Zelenski Türkiyə ilə ümumilikdə 30 fərqli sahədə əməkdaşlığa sahib olduqlarını ifadə edərək, sözügedən təşəbbüsü Türkiyənin yaxından dəstəklədiyini ifadə edib.
Rusiya ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini deyən Zelenski, günahı olan hər kəsin mühakimə olunması üçün beynəlxalq məhkəmə sisteminin yaradılmasının lazım olduğunu və bu istiqamətdə müvafiq addımlar atdıqlarını bildirib.
Busaat.az























