Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.17 $▲0.81%
  • WTI neft86.76 $▲1.27%
  • Avropa qazı (TTF)84.90 €▲3.12%
  • Təbii qaz (ABŞ)3.286 $▲2.27%
  • Qızıl4 029 $▼2.32%
  • Gümüş51.28 $▼3.69%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda597.50 ¢▲1.49%
  • Bitcoin72 847 $▼3.20%
  • Ethereum2 017 $▼5.41%
  • S&P 5007 495▼0.72%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Zelenski ilə Qrem 3-cü Dünya Müharibəsini başlada bilərlər

image-img_6055
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Senatının üzvü Lindsi Qrem və Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ı Rusiya ilə birbaşa münaqişəyə sürükləməyə çalışır. Bu toqquşma isə son nəticədə qlobal miqyaslı müharibəyə çevrilə bilər.

Busaat.az xəbər verir ki, bunu ABŞ prezidentinin sabiq müşaviri Stiv Bennon “Rossiyskaya qazeta”ya açıqlamasında deyib.

Bennon hesab edir ki, belə bir ssenarinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir.

O, Lindsi Qremin ABŞ pasportunun əlindən alınmasını və ya onun ölkəyə girişinin qadağan edilməsini, hətta həbsə atılmasını təklif edir.

“Biz imkan verə bilmərik ki, Lindsi Qrem və Zelenski ABŞ-ı Üçüncü Dünya Müharibəsinə sürükləsinlər. Əgər bu baş versə, ilk iki dünya müharibəsi bunun yanında adi küçə davası kimi görünəcək,” – deyə Bennon bildirib.

Sabiq müşavirin sözlərinə görə, hazırda Vaşinqtonda bəzi dairələr bu təhlükəli kursu dəstəkləyir və onların fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Bennonun fikrincə, bu cür çağırışlar ABŞ-ı düşünülməmiş şəkildə Rusiya ilə açıq müharibəyə daxil edə bilər ki, bu da nə region, nə də dünya üçün yaxşı nəticələnə bilməz.

Qeyd edək ki, Lindsi Qrem ABŞ-da Ukraynaya hərbi dəstəyin ən qızğın tərəfdarlarından biridir və mütəmadi olaraq Rusiya əleyhinə sərt bəyanatlar verir. Volodimir Zelenski isə müttəfiqləri Ukraynaya daha çox silah və resurs göndərməyə çağırır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=166612