
Zelenski Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitinə gəlib
Ukrayna prezidenti Volodimir Zelenski Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitinə gəlib.
Busaat.az xəbər verir ki, Zelenski yüksək sammitin keçiriləcəyi Bulboacadakı Mimi qalasına gələn ilk dövlət başçısı olub.
Ukrayna lideri sammitdə iştirakını Telegram kanlından etdiyi paylaşımında təsdiqləyib. “Bu gün Moldovada işləyirəm. Avropa Siyasi Birliyinin sammitində iştirak edirəm”, – o, bildirib.
Zelenski bildirib, tərəflər “döyüşçülər koalisiyası, Patriotlar koalisiyası, Aİ, NATO, sülh formulunu” müzakirə edəcəklər.
Qeyd edək ki, Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılıb.
Busaat.az























