Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.10 $▼1.45%
  • WTI neft84.83 $▼0.98%
  • Avropa qazı (TTF)81.77 €▼0.68%
  • Təbii qaz (ABŞ)3.242 $▲0.90%
  • Qızıl4 087 $▼0.92%
  • Gümüş52.24 $▼1.89%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda588.00 ¢▼0.13%
  • Bitcoin74 320 $▼1.25%
  • Ethereum2 097 $▼1.68%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Zelenski: Müharibə uzana bilər, lakin səmanı qorumaq vacibdir

image-15jpeg-1749746155
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Almaniyadan tədarük planı 3 ilə hesablanan yeni “IRIS-T” hava hücumundan müdafiə (HHM) sistemləri alacaq.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorius ilə keçirdiyi brifinqdə bildirib.

“İndi tədarük planını başa düşürük. Mən bütün təfərrüatlardan deyil, qarşıdakı üç il üçün plandan danışacağam. Bu, istənilən halda, bizim üçün çox vacib yardımdır”, – o deyib.

Zelenski vurğulayıb ki, bu, müharibənin daha üç il davam edəcəyi anlamına gəlmir. Onun sözlərinə görə, Ukrayna müharibənin bitməsini istəyir, lakin eyni zamanda insanların əmin-amanlığı yüksək keyfiyyətli HHM sistemləri ilə qorunmalıdır.

“Təşəkkür edirəm ki, bu layihənin növbəti üç il ərzində həyata keçirilməsi ilə bağlı anlayış var”, – Ukrayna Prezidenti əlavə edib.

Öz növbəsində, Pistorius Kiyevdə Zelenski ilə görüşdən sonra vurğulayıb ki, Berlin “Taurus” qanadlı raketlərinin Ukraynaya ötürülməsini nəzərdən keçirmir.

Xatırladaq ki, Almaniya artıq Ukraynanı özünün “IRIS-T” HHM sistemləri ilə təmin edir. Onlar Rusiyanın kütləvi zərbələri zamanı Ukrayna səmasını effektiv şəkildə qorumağa kömək edir. Mayın 28-də iki ölkə arasında “IRIS-T” və onlar üçün raketlərin istehsalı üçün 2,2 milyard avroluq müqavilə imzalanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=167795