
Zelenski müharibənin ağır problemlərindən danışıb
Ukrayna prezidenti Volodimir Zelenski Sumı, Odessa, Ternopil, Çerkassı və Vinnitsya vilayətlərində, xüsusən də paytaxt Kiyevdə vəziyyətin ağır olduğunu bəyan edib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski Telegram hesabında videomüraciət edərək Rusiyaya qarşı davam edən müharibənin 271-ci günündə baş verən son hadisələri dəyərləndirib.
Zelenski İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Parlament Assemblyasının (NATO-PA) 68-ci Baş Assemblyasına videokonfrans vasitəsilə qatılaraq Rusiyanın terror dövləti kimi tanınmasını tələb etdiyini xatırladıb.
Dövlət başçısı Rusiyanın son hücumları nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyməsi nəticəsində bütün ölkədə planlı və fövqəladə elektrik kəsintilərinin davam etdiyini, axşamdan etibarən vəziyyətin xüsusilə Kiyevdə, Odessa, Ternopil, Çerkassı, Vinnitsya və Sumda ağır olduğunu bildirib.
Busaat.az























