
Zelenski Netanyahunu Kiyevə dəvət edib
Ukrayna prezidenti Volodimir Zelenski İsraildə keçirilən seçkilərdə qalib gələn Benyamin Netanyahunu Kiyevə dəvət edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumat Netanyahunun ofisindən verilib.
Məlumata görə, bazar ertəsi axşam Zelenski ilə Netanyahu arasında telefon danışığı olub.
Zelenskiyə təbriklərinə görə təşəkkür edən Netanyahu seçki kampaniyasında söz verdiyi kimi, vəzifəsinin icrasına başladıqdan sonra Ukrayna problemi barədə ciddi düşünəcəyini təkrarlayıb.
Digər tərəfdən görüşlə bağlı Twitter hesabında paylaşım edən Zelenski Netanyahuya Ukrayna və İsrailin iki ölkənin qarşılaşdığı təhlükəsizlik problemlərinə uyğun bir əlaqə quracağına ümid etdiyini bildirib.
İsrailin “Yediot Aharanot” qəzeti Zelenskinin Netanyahudan İsrail silahlarını istədiyini və onu Kiyevə dəvət etdiyini yazıb.
Qeyd edək ki, Benyamin Netanyahu seçki kampaniyası zamanı verdiyi açıqlamada, seçiləcəyi təqdirdə Ukraynaya silah dəstəyi vermək barədə düşünəcəyini bildirib.
Busaat.az























