Ukrayna prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin 4-cü sammitinin açılışında çıxış edib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, artıq Ukrayna tərəfi Avropada birliyə nail olub.
Qeyd edib ki, bu, Rusiya prezidenti Putinin əsas məqsədinə çata bilməməsi deməkdir:
“Putin parçalanma yaratmaq məqsədi güdürdü. Bir neçə dövlətlə yaxınlaşmağa cəhd etsə də, onun Avropadakı bütün niyyyətləri suya düşdü. O, istəklərinə nail olmadı”,- Ukrayna Prezidenti deyib.