
Zelenski: "Rusiya döyüş meydanında bizə qarşı uğursuzdur və buna görə də terrora əl atırlar”
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin paytaxtı Kiyev də daxil olmaqla bir çox şəhərinə yönələn raket hücumlarını dəyərləndirərək Ukraynanın qorxudulması və ya dayandırılmasının imkansız olduğunu söyləyib.
Busaat.az xəbər verir ki, bu barədə Zelenski öz rəsmi Telegram hesabında paylaşım edib.
“Hazırda ölkədə bərpa işləri davam edir. Ukraynanın qorxudulması imkansızdır, sadəcə daha da birləşməsi mümkündür. Ukraynanın dayandırılması mümkün deyil. İşğalçılar döyüş meydanında bizə qarşı uğursuzdurlar və buna görə də terrora əl atırlar” –deyə, qeyd edən Zelenski Ukraynada hava hücumları təhlükəsi davam etdiyi üçün vətəndaşları diqqətli olmağa çağırıb və müharibədə qalib olacaqlarını söyləyib.
Əlavə edək ki, Rusiyanın Ukrayna şəhərlərinə ümumilikdə 84 qanadlı raket atdığını və bunlardan 43-ünün Ukrayna Hava Hücumlarından Müdafiə Sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirən Zelenski, Rusiyanın atdığı İran istehsalı olan 24 PUA-dan 13-nün Ukrayna qüvvələri tərəfindən vurulduğunu qeyd edib.
Busaat.az























