
Zelenski Rusiyada kiminlə danışıqlara hazır olduğunu açıqlayıb
Ukrayna prezidenti Rusiyada danışıqlara gedəcəyi şəxsin Rusiya prezidentindən sonrakı şəxs olacağına eyham vurub.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsi zamanı bildirib.
“Biz sülh tapmaq istəyənlərlə danışmağa hazırıq. Mən Putinlə prezidentlik müddətimin ilk günündən danışmağa hazır idim, mümkün qədər əlaqə saxladım. Hər zaman mənə bir növ ultimatumlar təklif olunurdu. Telefonla da danışa bilmədim, çünki onlar bunu heç istəmirdilər. O kimdir? İnsanları, əsgərləri, uşaqları öldürdü. Deyir ki, hər şeyi biz uydurmuşuq və eyni zamanda Kiyevin mərkəzinə 100 zərbə vurdu. Bu, ən yüngül ifadə ilə nasizimdir. Əgər onun hərbçisi bizim hərbçinin öhdəsindən gələ bilmirsə, deməli, onun hərbçisi bizim dinc insanımızı öldürməlidir? Mən yenə onun qeyri-adekvat olmasına qayıdıram. Başa düşmür ki, əksinə bu bizi birləşdirir” – deyə, Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna Vladimir Putinin Rusiyada hakimiyyətdə olacağı istənilən zaman işğalçı tərəflə ilə diplomatik danışıqlar aparmaqdan imtina edib. Müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında qəbul edilib və oktyabrın 4-də Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən qüvvəyə minib.























