Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 889 $▲1.21%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Zelenski Rusiyanın taxıl qərarına sərt reaksiya verib

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya sentyabr ayında ərzaq böhranını qəsdən ağırlaşdırmağa başladı”.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynadan taxıl ixracını nəzərdə tutan sazişi dayandırmaq qərarını qiymətləndirərkən bildirib.

Rusiyadan oxşar qərarın son vaxtlarda gözlənildiyini qeyd edən Zelenski qeyd edib: “Bu gün Rusiyadan proqnozlaşdırıla bilən bir bəyanat gəldi ki, taxıl ixracı təşəbbüsünü ləğv edirlər. Amma əslində onların qərarı bu günə aid deyil”

Zelenski əlavə edib: “Rusiya qəsdən ərzaq böhranını ağırlaşdırmağa başladı, bizim ərzaq məhssullarımızla yüklənmiş gəmilərin hərəkəti əngəlləndi. Sentyabr ayından indiyədək öz marşrutu ilə hərəkət edə bilməyən 176 gəmi taxıl dəhlizində toplanıb qalıb. Həmin gəmilərdə 7 milyondan çox istehlakçı üçün qida var. Bəzi taxıldaşıyanlar üç həftədən çoxdur ki, gözləyirlər. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam, bu və digər ölkələr Rusiyanın qəsdən təhrik etdiyi ərzaq böhranının yenidən kəskinləşməsindən əziyyət çəkə bilər”.

Həm BMT, həm də G20 ölkələrini Rusiyaya reaksiya verməyə çağıran Zelenski, “Ukrayna qlobal ərzaq təhlükəsizliyinin təminatçılarından biri olub və ola bilər. Rusiya terror və şantaj hərəkətlərində uduzmalı, əvəzində bəşəriyyət qalib gəlməlidir” – deyə, Zelenski fikirlərini tamamlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88938