Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.83 $▲0.21%
  • WTI neft88.67 $▲0.48%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.243 $▼2.67%
  • Qızıl3 878 $▼0.99%
  • Gümüş48.83 $▼2.83%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 984 $▼3.35%
  • Ethereum1 951 $▼3.28%
  • S&P 5007 555▼0.48%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zelenski Türkiyədədir - Səfər proqramı

image-1709900143_fotojet-2023-12-20t140834-318
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir.

Busaat.az xəbər verir ki, Ukrayna liderini müşayiət edən nümayəndə heyəti arasında müdafiə naziri Rüstəm Umerov da var.

Ukraynalı qonaqları İstanbul Hava Limanında Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsi Mehmet Zahit Uzun, Zeytinburnu icra başçısı Adem Uslu, 1-ci Ordu Baş Qərargah rəisinin müavini, briqada generalı Əli İhsan Bulut qarşılayıblar.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş olacaq. Görüşdə prezidentlər müharibənin gedişi, taxıl müqaviləsi, sülh formulu, sülh zirvəsi, Qara dənizdə yüklərin daşınması, ərzaq sabitliyi, Rusiyadakı ukraynalı əsirlərin və siyasi dustaqların azad olunması və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

Liderlərin müdafiə sənayesində ümumi layihələrə xüsusi diqqət yetirəcəkləri də gözlənilir.

Vurğulanıb ki, Volodimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin inşası davam edən tərsanələrə baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 8-də Türkiyəyə səfər edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137357