Ukrayna Prezidenti Volodimir Zelenski Balkan sammitində iştirak etmək üçün Yunanıstandadır.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna lideri videomüraciətində deyib.
“Biz Yunanıstana səfərimizi davam etdiririk. Artıq gəlmişik. Yunanıstan Prezidenti, Baş naziri ilə danışıqlarımız olacaq”, – deyə Zelenski əlavə edib.
Ukrayna Prezidentinin sözlərinə görə, danışıqlarda əsas mövzular Avropada insanların həyatını və azadlığını qorumaq istiqamətində atılacaq işlər olacaq.
Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Prezident, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə görüş keçirəcəyini də açıqlayıb.









