
Zelenski: "Ukraynanın şərqində önəmli nəticələr əldə etdik"
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qüvvələrinə qarşı ölkənin şərqində önəmli nəticələr əldə etdiklərini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə dövlət başçısı öz sosial mediya hesabında çıxış edib.
“Ölkəmizin şərqində önəmli nəticələrimiz var. Bu mövzuda onsuz da yetərincə məlumat var. Hər kəs Donetsk limanında nələr baş verdiyini eşitdi. Bunlar bizim üçün çox şey ifadə edən addımlardır” –deyə, Zelenski bildirib.
“Bütün torpaqlarımızı azad etməliyik və bu beynəlxalq hüququn və insani dəyərlərin Rusiya qədər təkəbbürlü dövlət tərəfindən belə pozula bilməyəcəyinin ən yaxşı sübutudur. Bu gün Ukrayna özünü müdafiə qərarı verdi. Hamısı həyata keçiriləcək. Zəfərimiz üçün çlaışırıq” –deyən prezident Ukrayna ordusuna və 4 bölgəni ilhaq etməsi səbəbi ilə təcili toplanan Milli Təhlükəsizlik və Müdafiə Şurasına təşəkkür edib.
Qeyd edək ki, Ukrayna ordusunun Donetsk bölgəsində yerləşən Liman şəhəri uzun müddətdir Rusiya qüvvələrinin işğalı altındadır.
Busaat.az























