
Zelenski yeni azad edilmiş əraziləri açıqlayıb
Ukrayna ordusu Xersonun Arxangelsk və Mirolyubovka ərazilərini azad edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Vladimir Zelenski yayıb.
“Bazar günü Ukrayna ordusu Arxangelsk və Mirolyubovkanın kiçik yaşayış məntəqələrini işğaldan azad edib” – deyə, Zelenski qeyd edib. Ukrayna lideri bu münasibətlə Ukrayna qüvvələrinin xüsusi bölmələrinə təşəkkür edib.
Qeyd edək ki, Zelenski təfərrüat vermədən, Ukrayna qüvvələrinin uğurunun yalnız Donetsk bölgəsindəki Liman şəhəri ilə məhdudlaşmayacağını bildirib.
Busaat.az























