Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 476 $▼4.03%
  • Ethereum1 827 $▼5.19%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Zelenski Zaporojye AES-də terror hücumu təşkil etmək niyyətindədir” - Rusiya XİN

image-1395627
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) terror aktı törətməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna bildirib.

“Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasına terror hücumu təşkil etmək niyyətindədir”, – Zaxarova deyib.

Onun sözlərinə görə, nə ABŞ, nə də Böyük Britaniya bunu təhlükə kimi görmür.

“Bu arada, planetin heç bir guşəsi təsirsiz qalmayacaq, çünki atmosfer, dünya okeanı və kənd təsərrüfatı kimi şeylər var”, – diplomat vurğulayıb.

“Bir şey olarsa, hər şey təsirlənəcək  hava, su və yemək. Zelenski açıq-aydın bu faktordan özünün ekstremist terror məqsədləri üçün istifadə etməyə çalışır”, – o, qeyd edib.

Xatırladaq ki, Rusiyanın “Rosenerqoatom” Atom Enerjisi Korporasiyasının baş direktorunun müşaviri Renat Karçaa  xəbərdarlıq edib ki, Ukrayna iyulun 5-nə keçən gecə Zaporojye AES-ə hücuma cəhd edəcək, xüsusən də Ukrayna AES-dən çıxarılan radioaktiv tullantılarla dolu sursatları yerə atacaq.

Bundan əvvəl isə Zelenski Rusiyanın nüvə obyektində terror aktı hazırladığını bildirmişdi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114485