
Zelenskidən NATO-ya ÇAĞIRIŞ edib: "Rusiyanı vurun"
Ukrayna prezidenti Volodimir Zelenski NATO-nu Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə prezident Zelenski Avstraliyanın Lou İnstitutunda videokonfransda çıxışı zamanı bildirib.
“NATO nə etməlidir? Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını aradan qaldırmalıdır. Qabaqlayıcı zərbələr endirməlidir ki, nüvə silahından istifadə etsələr, başlarına nə gələcəyini bilsinlər” –deyə, Zelenski vurğulayıb.
Xatırladaq ki, Ukrayna dövlət başçısı bundan əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə etməyəcək, çünki bu onun öz həyatı üçün təhlükə yaradacaq.
Busaat.az























