Ukrayna prezidenti Volodimir Zelenski Taxıl Sazişinin 120 gün müddətinə uzadılacağını açıqlayıb.
Busaat.az xəbər verir ki, Zelenski bu barədə Twitter hesabında paylaşım edib.
Paylaşımda bildirilib: “Taxıl Sazişinin müddəti 120 gün uzadılacaq. BMT-nin Baş katibi Antonio Quterreş və prezident Ərdoğanla birlikdə Ukrayna ərzaq böhranı ilə qlobal mübarizədə mühüm qərar qəbul edib. Tərəfdaşlarımız Türkiyə və BMT-dən rəsmi açıqlama gözlənilir”.