Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 346 $▼7.15%
  • Ethereum1 743 $▼9.59%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zelenskidən zəmanət almışam - Bayden

image-zelenskibayden
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskidən F-16 döyüş təyyarələrinin Rusiya ərazisinə daxil olmaq üçün istifadə olunmayacağına dair qəti zəmanət aldığını bildirib.

Busaat.az xəbər verir ki, Bayden dünən başa çatan G7 Liderlərinin Xirosima Sammitindən sonra mətbuat konfransı keçirib.

ABŞ-nin Ukraynaya F-16 tədarük planından danışan Bayden Ukraynanın bu təyyarələrə hazırda ehtiyacı olduğunu bildirib.

Bir jurnalistin Ukraynanın Rusiyaya hücum etmək üçün bu döyüş təyyarələrindən istifadə edib-etməyəcəyi ilə bağlı sualına Bayden belə cavab verib: “Mən Zelenskidən F-16-lardan Rusiya ərazisinə daxil olmaq üçün istifadə etməyəcəklərinə dair qəti zəmanət almışam. Lakin onlar rusların Ukrayna ərazisində olduğu yerdə istifadə edə bilərlər”.

Digər tərəfdən, Çin ilə əlaqələrini dəyərləndirən Bayden bu ölkə ilə əlaqə kanallarının açıq saxlanılması lazım olduğunu bildirib.

Bayden çinli həmkarı Si Tsipin ilə münasibətlərdə irəliləyiş olduğunu ifadə edib: “Sonra “axmaq” şar hadisəsi baş verdi və bu kanallar bağlandı. İnanıram ki, tezliklə buzların əridiyini görəcəyik”.

Busaat.az

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110307