
Zelenskinin "Drujba" boru kəmərini zədələmək planları barədə xəbərsizik - Aİ
Avropa Komissiyasının və Avropa Şurasının liderləri Ursula fon der Leyen və Çarlz Mişel Brüsseldə keçirdiyi mətbuat konfransında Vladimir Zelenskinin “Drujba” boru kəmərini pozmaq planları barədə məlumatlarının olmadığını bildiriblər.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Washington Post” qəzeti Pentaqonun internetə sızan məlumatlarına istinadən yazıb ki, guya Zelenski bağlı qapılar arxasında Moskvanın Macarıstana neft tədarük etdiyi “Drujba” kəmərini sarsıtmaq və Rusiyanın sərhəd ərazilərini işğal etmək üçün təkliflər verib.
“Bu barədə heç bir məlumatım yoxdur, üzr istəyirəm”, – Ursula fon der Leyen deyib. Onun sözlərini Avropa Şurasının rəhbəri Mişel də dəstəkləyib.
Busaat.az























