Məzmuna keç
  • Brent neft111.72 $▼1.51%
  • WTI neft102.44 $▼1.61%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.03%
  • Qızıl3 905 $▲0.14%
  • Gümüş49.62 $▲0.70%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 204 $▲1.01%
  • Ethereum2 271 $▲0.81%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Dünya

Zelenskinin saytında ABŞ-nin nüvə silahlarının Ukraynada yerləşdirilməsi ilə bağlı petisiya yayılıb

image-220301-barash-ua-nw-tease_ujy7vc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenskinin saytında ABŞ-nin nüvə silahlarının Ukraynada yerləşdirilməsini təklif edən petisiya dərc olunub.

“Ukrayna ərazisində ABŞ-nin nüvə silahını yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, – təşəbbüs müəllifi təklif edir.

İndiyədək təşəbbüsü 100-ə yaxın insan dəstəkləyib; Zelenskini petisiyaya baxmağa və rəsmi cavab verməyə məcbur etmək üçün 90 gün ərzində ümumilikdə 25 000 adam sənədi imzalamalıdır.

Qeyd edək ki, Ukraynanın nüvə silahı ilə silahlandırılmasını təklif edən petisiyalar 2015-ci ildən bəri Ukrayna prezidentinin saytında dəfələrlə yer alıb. Heç biri prezidentin nəzərdən keçirilməsi üçün kifayət qədər səs toplaya bilməyib.

2022-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski, Ukraynanın təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina etməsini şərtləndirən 1994-cü il Budapeşt Memorandumu çərçivəsində Kiyevin üzərinə götürdüyü öhdəliklərə yenidən baxa biləcəyini bildirib. Daha sonra Rusiya prezidenti Vladimir Putin Ukraynada hətta taktiki nüvə silahının yaranmasının Rusiya üçün strateji təhlükə yaradacağını qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105314