
Zelenskiydən Türkiyəyə təbrik mesajı
Ukrayna Prezidenti Vladimir Zelenski 29 Oktyabr Respublika Günü münasibətilə türk dilində təbrik mesajı paylaşıb.
Busaat.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü ilə əlaqədar Twitter hesabında türkcə paylaşım edib.
“Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə təbrik edirəm. Dost türk xalqına sülh, firavanlıq arzulayıram. İnanıram ki, birgə səylərimiz Qara dəniz bölgəsinə sülh, təhlükəsizlik və sabitlik gətirəcək” -deyə, paylaşımda qeyd olunub.
Busaat.az























