
Zəlzələ Almaniyada olsaydı, bütün ölkə sarsılacaqdı - Bild qəzeti
Bild qəzeti Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələnin təsir xəritəsini Almaniya ilə müqayisə edib: “Əgər belə olsaydı, bütün Almaniya sarsılardı”.
Busaat.az xəbər verir ki, Almaniyanın Bild qəzeti Türkiyədə baş verən şiddətli zəlzələnin təsir xəritəsini Almaniya xəritəsinə uyğunlaşdıraraq oxucularına çatdırıb.
“Türkiyə və Suriyada zəlzələnin ərazisi o qədər böyükdür ki, Almaniyanın demək olar ki, hamısı silkələnib. Zəlzələnin episentri ölkəmizin ortasında olsaydı, yalnız ən cənub və ən şimal bölgələri yellənməzdi”, – deyə qazet bildirib.
Almaniyada bir çox bölgənin zəlzələdən böyük zərər görəcəyini ifadə edən Bild, “Frankfurt, Ştudqart, Wiesbaden, Dortmund, Würzburg, Mannheim və Hannover kimi şəhərlər bu fəlakətin ən ağır yükünü çəkəcək və ciddi şəkildə dağılacaqdı”, – deyə ehtimal edib.
Busaat.az























