Zəlzələ fırtınası dayanmır: Türkiyəni sarsan təbii fəlakətlər nə qədər davam edəcək? – AÇIQLAMA

image-23681-800x509backend

Türkiyədə zəlzələ fırtınası dayanmaq bilmir. Fevralın 6-da baş verən 7.7 və 7.6 bal gücündəki zəlzələlərin ardından iki həftə keçib. Bununla belə, afterşoklar hələ də davam edir. Bəs bu afterşoklar nə vaxta qədər belə davam edəcək?

Busaat.az “CNN Türk”ə istinadən xəbər verir ki, bəziləri 4-dən yuxarı, bəziləri 4-dən aşağı olan zəlzələ zonasında təkrar təkanlar davam etməkdədir.

7,7 və 7,6 bal gücündə zəlzələlər 11 əyalətdə baş verib və 40 000-dən çox insan həyatını itirib. Bir saat əvvəl isə, Türkiyənin Hatay şəhərində 6,4 və 5,8 bal gücündə yeni zəlzələlər meydana gəlib və bölgədə silkələnmələrə səbəb olub. Hadisə nəticəsində dağntı və təlafatlar barədə əlavə məlumat verilməyib.

Mütəxəssislər isə zəlzələ bölgəsində olanlara xəbərdarlıq edir. Onlar afterşokların davam edəcəyini vurğulayır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki