
Zəlzələdə uçan "Cənnətdə bir ev" binasını tikən şirkət rəhbərləri qaçarkən aeroportda tutuldular - FOTO
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağılan yeni tikilən binanın podratçıları qaçarkən tutulub.
BAKU.WS xəbər verir ki, Hatayda 2013-cü ildə “Rönesans Rezidans” adlı tikinti şirkəti tərəfindən inşa olunan bina bir anın içində yerlə-yeksan olunub.

Bu hadisədən sonra “Rönesans Rezidans” adlı tikinti şirkətinin podratçıları qaçmağa cəhd göstəriblər.
Onlar hava limanında saxlanılıblar.
Qeyd edək ki, Hatayda 2013-cü ildə inşa olunub. “Rönesans Rezidans” adlı tikinti şirkətinin tikdiyi 12 mərtəbədən, 250 mənzildən ibarət olan bina yerlə-yeksan olub.

Halbuki binanın satışı zamanı “Cənnətdən bir ev” devizi altında reklam edilmişdi.























