Zəngəzur dəhlizi üzrə üçtərəfli razılıq əldə edildi

image-photo_205111backend

Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri – Mger Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası Moskvada konstruktiv atmosferdə keçirilib.

Busaat.az “Sputnik Azərbaycan”a xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin xidməti məlumat yayıb.

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsullarının razılaşdırılmasında mühüm irəliləyiş məmnunluqla qeyd edilib. Xüsusilə, dəmir yolu xətti boyunca dəmir yolu əlaqəsinin bərpası və Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə konkret addımların həyata keçirilməsinə dair ümumi anlaşma əldə edilib. ”, – məlumatda deyilir.

Danışıqların nəticələri barədə üç ölkənin liderlərinə məlumat veriləcək.

Tərəflər işi davam etdirmək barədə razılığa gəliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90