15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi başlandı

image-agcabeedibackend

Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, faktla bağlı Ağcabədi RPŞ-də müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, 15 yaşlı S.İ 24 yaşlı Sadiq Cəfərovla evli olub. S.Cəfərovun anasının vəziyyətinin ağır olmasına və tez vəfat etməsinə görə qızı 14 yaşında ailə həyatı qurmağa məcbur ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90