Busaat.az xəbər verir ki, Modern.az baş verən hadisənin bir sıra təfərrüatlarını əldə edib.
Belə ki, 20 yaşlı Nəsibə Məmmədova quyudan su çıxarmaq üçün istifadə edilən motoru qoşub, lakin quyunun içində olan qurğu işləmədiyi üçün onu silkələmək məcburiyyətində qalıb. Motor anidən işə düşüb və Nəsibə Məmmədova müvazinətini itirərək quyuya yıxılıb.
Atası 43 yaşlı Həsənağa Məmmədov isə onu xilas etmək üçün su borusundan istifadə edərək quyuya enmək istəyib və bu zaman boru qırılıb. Nəticədə ata və qızı quyuda həyatlarını itiriblər.
Məlumata görə, 20 yaşlı Nəsibə Məmmədova nişanlı olub.
Bədbəxt hadisə nəticəsində ölən atanın fotosunu təqdim edirik: