“29 il əvvəl Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm” – Hulusi Akar

image-ak2-1615449832backend

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Xocalı soyqırımına həsr edilmiş fotosərginin açılışını edib.
Busaat.az xəbər verir ki, naziri Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz və Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal müşayiət edib.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Mərkəzi Ordu Evində hazırlanan sərgini ziyarət edən nazir Akar və komandirlər fotoşəkillər haqqında məlumat alıblar.

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq və unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik”, – deyə Akar vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90