Bakıda “Özbəkistan – Şərqin incisi” adlı fotosərgi keçiriləcək

image-whatsapp-image-2023-04-20-at-00-51-28backend

2023-cü il aprelin 22-23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Fotoqrafiya Evinin dəstəyi ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən “Özbəkistan – Şərqin incisi” adlı fotosərgi keçiriləcək.

Fotosərginin əsasını “Новая Эпоха” (“Yeni Çağ”) onlayn analitik qəzetinin redaktoru, jurnalist və səyyah Rüstəm Qasımovun Özbəkistanın müxtəlif regionlarına səfəri zamanı çəkilən fotoşəkillər təşkil edəcək.

Sərginin təşkilində məqsəd Özbəkistanın özünəməxsusluğunun və gözəlliyinin nümayiş etdirilməsi, onun unikal turizm potensialının tanıdılması və ziyarətçilərin ilk tanışlıqdan valeh olduqları zəngin mədəni irsə malik bu Şərq ölkəsinin görməli yerləri barəsində daha çox insanın məlumatlandırılmasıdır.

Fotosərginin ekspozisiyasında Özbəkistanın üç şəhəri – Daşkənd, Səmərqənd və Buxara şəhərlərində çəkilmiş ölkənin memarlıq abidələrini, dekorativ-tətbiqi sənət nümunələrini və zəngin mədəni irsini əks etdirən fotoşəkillər yer alır. Müəllif Özbəkistanın mədəni irsini və ənənələrini ən parlaq şəkildə əks etdirən anları ziyarətçilərin diqqətinə çatdırır.

Özbəkistan özünün zəngin mədəni və tarixi irsi, bənzərsiz memarlığı və incəsənəti ilə son dərəcə cəlbedicidir. Bu ölkənin Orta Asiyanın turizm incisi adlandırılması heç də təsadüfi deyil, çünki Özbəkistan səyahətçilərə ənənəvi maarifləndirici turizmindən əlavə həm də turizmin digər növlərini təklif edir: bunlardan ziyarət, müalicəvi, qastronomik, idman, ekologiya və MICE-turizm növləridir.

Özbəkistanda hər bir qonaq məhz özünə maraqlı olanı seçə bilər. Burada tarixi məkanlar, İslam memarlığı daxil olmaqla, müxtəlif dövrlərə aid memarlığın şah əsərləri, sovet dönəminə mənsub memarlığının parlaq nümunələri və əlbəttə ki, müasir tikililər; mənzərəli landşaftlar – yüksək dağlıq ərazilər, keçilməz meşələr, dağ çayları, şəlalələr, göllər, qızılı qumlu səhralar, barxan və oazislər; ləziz və müxtəlifliyi ilə seçilən, heç kimin laqeyd qala bilməyəcəyi təamlar; Şərq sənətkar və ustalarının sənətkarlıq nümunələri.

Lakin Özbəkistanın əsas zənginliyi Böyük İpək Yolunda yerləşən bu əsrarəngiz ölkənin gülərüz və qonaqpərvər insanlarıdır. Eyni zamanda, Özbəkistan öz tolerantlığı ilə seçilən, müxtəlif millətlərin və fərqli konfessiya nümayəndələrinin sülh və mehribanlıq şəraitdə yaşadıqları bir ölkədir.

Uzun əsrlər boyu Azərbaycan və Özbəkistan xalqlarını yaxın milli adət-ənənələr, ümumi dil, mədəniyyət və din birləşdirir. Əgər məzuniyyət dönəmində hansı ölkəyə səyahət etməyi düşünürsünüzsə, o zaman Özbəkistan sizə unudulmaz emosiyalar və təəssüratlar bəxş edəcək maraqlı və fərqli istirahət üçün ən cazibədar istiqamətlərdən biridir. “Özbəkistan – Şərqin incisi” sərgisi isə bu işdə sizə yardımcı olacaqdır!

Sərginin keçiriləcəyi ünvan: İçəri şəhər, Bakı Fotoqrafiya Evi, Böyük qala küçəsi 42,
Tarix: 22.04.2023 – 23.04.2023
İş vaxtı: saat 10:00 – 19:00
Giriş sərbəstdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki