Abbas Bədəxşən Zoquri: “Güclü və zəngin Ermənistan İranın qürurudur

Abbas Bədəxşən Zoquri: “Güclü və zəngin Ermənistan İranın qürurudurbackend

Səhiyyə naziri Arsen Torosyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşən Zoquri ilə görüşüb. Görüşdə iki ölkənin çoxəsrlik dostluğunu və uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirən tərəflər Ermənistan və İran arasında səhiyyə sahəsində perspektiv əlaqələri müzakirə ediblər.

Busaat.az xəbər verir ki, bu barədə “Armenpress” Ermənistanın Səhiyyə Nazirliyinə isinadən məlumat yayıb. Məlumatda deyilir ki, hər zaman olduğu kimi COVID-19 ilə mübarizə çərçivəsində İran Ermənistana humanitar yardım edib. “İranlı həmkarlarımızla əlaqələrimizi yüksək qiymətləndiririk. Bu çətin vəziyyətdə göstərilən köməyə görə minnətdarıq. Əminəm ki, dostluq münasibətlərimiz gələcəkdə də, xüsusən də COVID-19-un yaratdığı vəziyyətdən çıxdıqdan sonra da davam edəcək”, – deyə Arsen Torosyan söyləyib.

Səfir isə öz növbəsində qeyd edib ki, “Ölkələrimiz arasındakı əlaqələr əminəm ki, bundan sonra inkişaf edəcəkdir. Güclü və zəngin bir Ermənistan qonşu ölkənin qürurudur, bu səbəbdən də Ermənistanın böyük uğurlar qazanmasını istəyirik ki, əməkdaşlıq nəticəsində səhiyyə sektoru maksimum dərəcədə inkişaf etsin. Ümid edirəm ki, yaxın 5-6 ayda işbirliyimizdə nəzərəçarpacaq nəticələr əldə edəcəyik”.

Konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90