ABŞ “Axmat” klubuna sanksiya tətbiq etdi

ABŞ “Axmat” klubuna sanksiya tətbiq etdibackend

ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistan Prezidenti Ramzan Kadırova yaxınlığı ilə tanınan idman klublarına sanksiya tətbiq edib.

Busaat.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, rəsmi açıqlamada qərara səbəb kimi Çeçenistanda insan haqlarının pozulması göstərilib.

Bu səbəbdən Maliyyə Nazirliyi Kadırovun qeyri-rəsmi sahibi olduğu “Absolute Championship Akhmat” döyüş promouşn, “Axmat” döyüş klubu və “Axmat Qroznı” futbol klubunu sanksiya siyasısına salıb.

Qeyd edək ki, ilk iki klubun ABŞ-dakı idman qurumları ilə müəyyən əməkdaşlıqları var. Futbol klubu isə Avropa zonasında yarışdığından ABŞ-da hər hansı münasibət qurmayıb.

Ramzan Kadırov Maliyyə Nazirliyinin bu qərarını “axmaqlıq” adlandırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90