ABŞ genişmiqyaslı hərbi təlimlərə başladı

image-abstelimbackend

ABŞ “LSE 2021” (Large Scale Exercise 2021) genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayıb.

Busaat.az  xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Hərbi Dəniz Qüvvələri yayıb.

Məlumatda deyilir ki, sözügedən bu təlimlər ABŞ Hərbi Dəniz Qüvvələrinin Soyuq müharibədən bu yana həyata keçirdiyi ən nəhəng təlimdir. Belə ki, ən son bu cür genişmiqyaslı təlim 1981-ci ildə keçirilib.

Genişmiqyaslı təlimlər eyni anda 17 saat qurşağında keçiriləcək və 16 avqusta kimi davam edəcək. Həmçinin qeyd olunur ki, təlimlərə təqribən 36 döyüş gəmisi cəlb olunub.

Həmçinin qeyd olunur ki, təlimlər Rusiya və Çinə ABŞ-ın eyni anda təcavüzə cavab verə biləcəyini göstərməlidir.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90