ABŞ hərbi texnikası Türkiyə sərhədinə toplandı

image-abs_yunanistan_silahbackend

ABŞ Yunanıstanda Türkiyə sərhədinə 20 kilometrlik məsafədə Dədəağaca hərbi texnika və silah-sursat yığaraq Egey dənizində həbi varlığını artırmağa davam edir.

Busaat.az xəbər verir ki, yunan mediası Vaşinqton rəhbərliyinin Afina ordusunu gücləndirmək üçün yeni silah yardımları edəcəyini açıqlayıb və ABŞ-ın Afinaya bağışlamağı planlaşdırdığı mümkün silahların təfərrüatlarını paylaşıb.

ABŞ-ın Yunanıstana bağışlamağı planlaşdırdığı silah və hərbi nəqliyyat vasitələri arasında 9 ədəd “AH-64D Apache” hücum helikopteri, 50 ədəd “OH-58D” hücum helikopteri, 350 ədəd “M-2A2” zirehli personal daşıyıcısı tanklar, 60 ədəd “MLRS” paletli raket atanlar, 120 ədəd “109A5” zirehli “Howitzer” tipli tank, “-198 / M-119” qısa mənzilli top, “HEMTT” sursat daşıyıcı vasitə, “MRAP” zirehli personal daşıyıcısı vasitə yer alır.

Yunanıstana bağışlanılması planlaşdırılan silahların çatdırılmasının Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin ABŞ-a səfərindən sonra bəlli olacağı bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90