ABŞ prezident Co Baydenin göstərişi ilə Suriyada SEPAH və İranyönlü qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.
Busaat.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.
“Prezidentin göstərişi ilə ABŞ qüvvələri Suriyanın qərbində SEPAH və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə özünümüdafiə zərbəsi endirdi”, – Ostin bildirib.
Reuters-in Pentaqondakı mənbəyə istinadən verdiyi məlumata görə, zərbələr F-16 qırıcıları tərəfindən həyata keçirilib, onların hədəfi silah və sursat anbarları olub.
Bildirilir ki, zərbələrin baş verdiyi ərazidə mülki vətəndaş olmayıb.
Pentaqon rəsmisinin sözlərinə görə, bütün zərbələr hədəfləri dəqiqliklə vurub.
ABŞ ordusunun sözçüsü qeyd edib ki, Amerika əməliyyatı Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil.
Natiq Kərimli,
Busaat.az