ABŞ yeni qaz kəməri ideyasını basdırdı

image-thumb600x0-1backend

“Avropa Ukrayna ilə bağlı tez bir zamanda alternativ enerji mənbələri tapmalıdır, lakin Şərqi Aralıq dənizi qazını İsrail, Kipr və Yunanıstan vasitəsilə qitəyə çatdırmaq üçün nəzərdə tutulan boru kəməri səmərəli deyil”.

“Reuters” xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“İdeya təxminən 10 il ərzində çox böyükr dərinlikdə çox uzun boru kəməri tikməkdir və biz bunun çox bahalı, iqtisadi cəhətdən sərfəli olmadığını və çox uzun çəkəcəyini düşünürük. Düzünü desəm, 10 illik möhlətimiz yoxdur”.

Xatırladaq ki, yunan-Kipri, İsrail və Yunanıstan Şərqi Aralıq dənizindəki qaz yataqlarını Avropa ilə birləşdirən boru kəmərinin tikintisini nəzərdən keçirir, lakin 2022-ci ilin yanvar ayında ABŞ layihəyə verdiyi siyasi dəstəyi geri götürüb.

3 ölkənin bu il “EastMed” kimi tanınan 6 milyard dollarlıq boru kəmərinin həyat qabiliyyətinə dair yekun qərar verəcəyi gözlənilir.

Viktoriya Nuland bildirib: “Hər yerdə alternativ enerji mənbələrinə ehtiyac var. Düşünürəm ki, region ölkələri başa düşüblər ki, Rusiya neft və qazından asılılıq çox pis nəticədir və tədarükün şaxələndirilməsində maraqların oxşarlığı var”.

Bu yaxınlarda İsraildən Türkiyəyə boru kəməri ilə bağlı söhbətlər yenidən gündəmə gəlib və əvvəllər iki dövlət arasında siyasi gərginlik arxa plana keçib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90