Afrikada “Ana” fırtınası 37 nəfərin həyatına son qoydu – Video

image-anastormbackend

Afrikada 37 nəfər “Ana” tropik fırtınasının qurbanı olub.

Busaat.az  “Africanews” nəşrinə istinadən xəbər verir ki, fırtına yanvarın 22-si Madaqaskarda müşahidə edilib. Fırtına nəticəsində baş verən daşqın və torpaq sürüşməsi 34 nəfərin həyatına son qoyub. Daha 65 min nəfər isə evsiz qalıb.

Yanvarın 24-ü isə təbii fəlakət Mozambikin mərkəzi bölgələrinə çatıb. Burada isə 2 nəfər ölüb, 66 nəfər yaralanıb. 115 ev tamamilə, 564 ev isə qismən dağılıb.

Fırtına Malavidə də daşqınlara səbəb olub və ölkənin böyük bir hissəsini işıqsız qoyub. Bu ölkədə 1 nəfər həlak olub, daha 30 nəfər isə xəsarət alıb. İnsanlar kilsə və məktəblərə sığınıb.

Hazırda “Ana” fırtınası qərbə doğru hərəkət edir və günün sonunda Zimbabveyə çatacağı gözlənilir. Bununla belə, sinoptiklər fırtınanın zəifləyəcəyini qeyd edirlər.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90