Akardan Yunanıstan AÇIQLAMASI: “Etdiklərini mümkün qədər sakit şəkildə həll etməyə çalışırıq”

image-akarbackend

“Türkiyənin ağlabatan, məntiqli və sabit bir yanaşması var”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze və TSK komandanlığı ilə birlikdə Qış Təlimində çıxışı zamanı deyib.

Akar Türkiyənin bu istiqamətdə bütün səylərinə baxmayaraq, Yunanıstanın təxribatçı və gərginliyi artıran hərəkətləri və ritorikasını davam etdirdiyini bildirib:

“Yunanıstanın beynəlxalq müqavilələrə zidd olaraq adaları silahlandırması və Yunanıstan rəsmilərinin təxribat xarakterli səfərləri davam edir. Biz Yunanıstanın sülh çağırışlarımıza cavab olaraq süni ittifaqlar arxasınca getdiyini və adaları silahlandırmaq üçün əbəs cəhdlərini görürük. Bu, dialoq, müttəfiqlik və qonşuluq ruhuna ziddir, onların da bunu başa düşmələrini gözləyirik”.

“Yunanıstanı təhdid etməyimiz söz mövzusu deyil. Beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri çərçivəsində nə etmək lazım olduğunu deyirik. Türkiyə heç kim üçün təhlükə deyil; Türkiyə güclü, etibarlı və effektiv müttəfiqdir. Biz Kiprdə, Egedə, Şərqi Aralıq dənizində heç vaxt heç bir nəticəyə icazə verməmişik və bundan sonra da verməyəcəyik. Biz heç bir şəkildə hüquqları pozmamışıq və pozmayacağıq. Biz öz hüquqlarımızı və qanunlarımızı qorumağa qərarlı, qətiyyətli və qadirik”, – nazir əlavə edib.

Türkiyənin 71 ildir NATO-da üzərinə düşən vəzifəni uğurla yerinə yetirdiyini və yerinə yetirməkdə davam etdiyini deyən nazir Akar Türkiyənin güclənməsini NATO-nun güclənməsi kimi xarakterizə edib. Türkiyənin ABŞ-dan F-16 tədarük etməsinə də toxunan nazir Akar deyib:

“İndiyədək rəsmi təmaslarımız zamanı aldığımız məlumatlar müsbətdir. Biz bunun müsbət və konkret addımlarla tez bir zamanda yekunlaşdırılmasını gözləyirik. Bu xahişləri rəsmi kanallar vasitəsilə həmsöhbətlərimizə çatdırmaqda davam edirik. Ona qarşı müxtəlif təşəbbüslərin olduğunu da görürük. İnanırıq ki, modernləşdirmə və satınalma işləri bütün bunları bir kənara qoyub ağıl, məntiq və obyektiv meyarlarla davam etməklə müsbət nəticələr verəcək. Güclü Türkiyə güclü NATO və güclü ittifaq deməkdir. Bunu hər kəs bilməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90