Alman nazirlərdən Ukrayna çağırışı: Dəstək 2.2 milyard avroya qaldırılsın

image-almaniyabackend

Almaniyanın xarici işlər və müdafiə nazirləri gələn il Ukraynaya 2,2 milyard avro yardım göstərməyə çağırış ediblər.

Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok və müdafiə naziri Kristin Lambrext gələn ildən etibarən Ukraynaya hərbi yardım üçün milli büdcədən ayrılan vəsaitin 1,5 milyard avro artırılması barədə təklif irəli sürüblər.

Təklif Almaniyanın maliyyə naziri Kristian Lindnerə ünvanlanıb.

Qeyd edək ki, Almaniyanın 2023-cü il büdcəsində Ukraynaya təxminən 700 milyon avro hərbi yardım nəzərdə tutulub və nazirlər Baerbok və Lambrext bu məbləğin 2,2 milyard avroya qədər artırılmasını istəyib. Nazirlər bu addımın Almaniyanın beynəlxalq tərəfdaşları qarşısında öhdəliklərini necə yerinə yetirdiyini göstərməyin yeganə yolu ola biləcəyini qeyd ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90