Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.01 $▼3.74%
  • WTI neft82.24 $▼2.95%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.405 $▲7.69%
  • Qızıl3 730 $▼1.49%
  • Gümüş44.90 $▼2.00%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 703 $▼3.34%
  • Ethereum1 756 $▼3.67%
  • S&P 5007 328▼0.17%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Almaniya rus diplomatı ölkədən çıxardı

image-almaniya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniya fevralın 8-də Rusiya tərəfindən keçən həftə görülən oxşar tədbirə cavab olaraq rus diplomatı “persona non qrata” elan edib.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada, Rusiyanın Berlindəki səfirliyinin bir işçisinin ölkədən çıxarılmasına dair qərarın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq verildiyi bildirilib.

“Bu addım federal hökumətin Rusiya Federasiyasının 5 fevral 2021-ci il tarixli qərarına verdiyi cavabdır”,- deyə kommünikedə qeyd olunub.

Xatırladaq ki, ötən həftənin cümə günü Rusiya XİN 23 yanvarda Moskva və Sankt-Peterburqdakı qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatlarını “persona non qrata” elan etdiyini açıqlamışdı. Müvafiq qərarla əlaqədar İsveç, Polşa və Almaniya Federativ Respublikasının səfirliklərinin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq onlara etiraz notası təqdim olunmuşdu.

Almaniyanın xarici işlər naziri Hayko Maas Rusiyanın qərarının “əsassız olduğunu” və Moskvanın Avropa ilə münasibətlərinə daha böyük ziyan vurduğunu bildirib.

Onun sözlərinə görə, alman diplomat yalnız işini görüb və hadisələrin inkişafını izləyib, bununla da hüquq normaları çərçivəsində və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun hərəkət edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=34632