Hökumət koalisiyasını dəstəkləyən almanların sayı 2021-ci il seçkilərindən ən aşağı səviyyəyə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə “Bild” İnsa İnstitutunun araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.
Tədqiqat iştirakçılarından növbəti seçkilərdə bu və ya digər partiyaya səs verib-verməyəcəyi soruşulub. Sorğunun nəticələrinə görə, hakim koalisiyaya ümumi dəstək səviyyəsi 38 faiz təşkil edib.
Qeyd edilir ki, seçicilər koalisiyaya daxil olan Sosial Demokrat Partiyasına (SPD) 18 faiz, “Yaşıllar”a 13 faiz, Azad Demokrat Partiyasına (FDP) 7 faiz səs verməyə hazırdır.
Xristian Demokrat və Xristian Sosial Birlikləri bloku ən populyar siyasi qüvvə olaraq qalır. Seçicilərin 27 faizi onlara səs verməyə hazırdır.