Almaniyadan Fələstinə İsrail təklifibackend

Almaniya Baş naziri Angela Merkel Fələstin dövlət başçısı Mahmud Abbasla görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, rəsmilər videoformatda müzakirə aparıb.

Merkel görüşdə Fələstinin İsrail tərəfi ilə yenidən təhlükəsizlik sahəsində əməkdaşlığa başlamasının önəmli addım olduğunu vurğulayıb.

Təklif irəli sürülüb ki,  Almaniya, Misir, Fransa və İordaniyadan ibarət dördlük Münhen Qrupu xətti ilə Fələstin və İsrail tərəfləri ilə görüşsün.

Fələstin lideri beynəlxalq qanun çərçivəsində müzakirələrə getməyə hazır olduğunu bildirib.