Araik Arutyunyan və digərləri axtarışa verilib- Baş prokurorbackend

“Qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərliyi axtarışa verilib”

Busaat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Azərbaycan mülki əhalisinə kasetli raket bombaları Ermənistandan, Vardenisdən atılıb: “Bəzi hallarda “Smerç” tipli komplekslərdən Azərbaycanın işğal altında olan Kəlbəcər və Xankəndidəki Ermənistan hərbi bazalarından atılır.

Araik Arutyunyan sosial şəbəkə hesablarında Azərbaycanın dinc əhalisinə qarşı raket silahlarından istifadə etməyə çağırıb.

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində cinayət işi başlanılıb. Onlar terror, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurlar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa veriliblər.

Cəlal Arutyunyan artıq məhv edilib, amma Ermənistan tərəfi onun çox ağır yaralandığını bildirir. Bizdə olan əməliyyat məlumatlarına əsasən, o, artıq məhv edilib. Ermənistan bunu rəsmi təsdiq etmədiyi üçün onun da axtarışda olması qərarı qüvvədədir”.