Məzmuna keç
  • Azeri Light122.28 $▼2.47%
  • Brent neft112.33 $▲0.23%
  • WTI neft102.95 $▼0.21%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.883 $▼0.48%
  • Qızıl3 885 $▼2.97%
  • Gümüş49.14 $▼4.29%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.25 ¢▼0.58%
  • Bitcoin77 084 $▼0.13%
  • Ethereum2 239 $▼0.07%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Gündəm

Araiklə Arutyunyanla bağlı heç bir məlumat verilmir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyandan bir neçə gündür ki, xəbər yoxdur.

Busaat.az xəbər verir ki, A.Arutyunyanın yeganə fəaliyyət sahəsi olan Feysbuk hesabı da son günlərdə aktiv deyildi və paylaşımlar edilmirdi.

Dünəndən xarici mətbuatda Arutyunyanın Azərbaycan Ordusunun aviassiyası tərəfindən vurulması haqda məlumat yayılıb. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyi düşmənə məxsus hərbi kortejə daxil olan avtomobilin vurulması anının videogörüntülərini yayımladı. Burada Araikin adı çəkilməsə də, kortejdə yüksək rütbəli məmurun olması dəqiqdir.

Araik Arutyunyanın məhv edilməsi xəbəri sosial şəbəkələrdə və mediada tirajlansa da, rəsmilər bununla bağlı açıqlama verməyib. Lakin Ermənistan separatçıların müdafiə naziri Cəlal Arutyunyanın ölümünü pərdələdiyi kimi bunu da gizlətməyə çalışır. Bu gün Araik Arutyunyanın adından iki nazirin işdən çıxarılması haqda sərəncam yayılıb.

Ermənistan ictimaiyyəti Araikin canlı yayımda müraciət edərək ölmədiyini təsdiqləməsini gözləsə də, bir saat əvvəl Araikin guya öz yaxın adamlarına təlimat və mükafat verdiyi video Feysbuk səhifəsində yayımlanıb. İstifadəçilərin əksəriyyəti videonun köhnə olduğu qənaətinə gəlib. Videoda görünənlər arasında olan Suren Alaverdyan iki gün əvvəl Xocavənd istiqamətində döyüşlərdə məhv edilib.

Araik Arutyunyanın Feysbuk səhifəsini bu günədək 7 nəfər idarə edirdi və onların hər biri Qarabağdan olan şəxslər idi. Feysbuk platforması da həmin ərazini qanuni olaraq Azərbaycan torpağı kimi tanıdığı üçün saxta prezidentin səhifəsinin Azərbaycandan idarə olunduğunu göstərirdi. Bu gün isə Araikin hesabının idarəetməsinə daha 4 nəfər qoşulub, onlar isə Ermənistandadır və səhifəni oradan idarə edirlər. Bu da onu deməyə əsas verir ki, zərərsizləşdirilən Araiki “yaşatmaq” üçün erməni adminlər onun səhifəsinə can verməyə çalışırlar.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=23334