Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Diaspor

Araz çayı sahilində Ermənistana qarşı etiraz aksiyası - Foto

Araz çayı sahilində Ermənistana qarşı etiraz aksiyası - Foto
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə İğdır vilayətinin Ağaver kəndinin ərazisindən keçən Araz çayının sahilində Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib. Diasporla İş üzrə Dövlət komitəsindən Busaat.az-a  verilən məlumata görə, aksiya zamanı Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran bir qrup dərnək üzvü və yerli sakinlər səhmlərinin böyük hissəsinin Almaniyanın “Cronimet” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının Oxçuçaya qarşı törətdiyi ekoloji terrora sərt etirazlarını bildiriblər. Oxçuçayın Araz çayına töküldüyünü xatırladan aksiya iştirakçıları qeyd ediblər ki, İğdır vilayətinin ekoloji durumu da təhlükə altındadır. Çünki Oxçuçayın zərərli tullantılarla çirkləndirilməsi Araz çayının da çirkləndirilməsi deməkdir. Araz çayı isə İğdır düzünün qan damarıdır. Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən və Almaniyanın “Cronimet” şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb ediblər. Tədbir dərnək sədri Ziya Zakir Acarın aksiya iştirakçılarının adından bəyanatı səsləndirməsi ilə yekunlaşıb. Bəyanatda Oxçuçayın məhv edilməsinə görə Ermənistan hökuməti ilə Almaniyanın “Cronimet” şirkətinin beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıdıqları, yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyi nəzərə çatdırılıb. Beynəlxalq təşkilatlara Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırış ifadə edilib.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=22833