“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib”

“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib”backend

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktları nəticəsində həlak olan 24 nəfərdən 5-i qadın, 3-ü uşaqdır, xəsarət alanlardan 30-u qadın, 7-si uşaqdır”.

Busaat.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

O deyib ki, özünü Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında canlı yayımı zamanı Gəncəyə raket atəşi əmrini verdiyini elan edib:

“Bununla bağlı Araik Aratyunyan haqqında Azərbaycan Baş Prokurorluğunda müxtəlif maddələrlə cinayət işi başlanılıb. Mingəçevir şəhəri raket atəşinə tutulub, atılan 3 raketdən ikisi partlamayıb, birinin yaşayış evinə düşməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90