Arzu Bağırova şəhid ailələrini ziyarət etdi – FOTOLAR

image-yenigundem_f55d9c3489457cf311ae94c23ad84dfa_iz7wgnm2ce45v0hyqxbp-620x460backend

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyini”nin sədri Arzu Bağırova Masallı Rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ilə birlikdə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən İntiqam Əsgərli və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Nurlan Əsgərli qardaşlarının ailəsini ziyarət ediblər.

Busaat.az xəbər verir ki, sədr Arzu Bağırova Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan və İntiqam Əsgərlinin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğu bildirilib.

Daha sonra Qeyri-hökumət təşkilatının nümayəndələri Lənkərandan olan, 1996-cı il təvəllüdlü şəhid Ağalı Zaur Kamil oğlunun ailəsini ziyarət ediblər. Vətən müharibəsinin iştirakçısı olan Ağalı Zaur Qubadlı, Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib və “Qubadlının azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilib. QHT nümaydələri ailə ilə yaxından tanış olaraq, onların problemləri və qayğıları ilə maraqlanıblar.

Hər iki ailəyə bayram sovqatı və müxtəlif hədiyyələr təqdim olunub.

YeniGündem

image-yenigundem_f55d9c3489457cf311ae94c23ad84dfa_iz7wgnm2ce45v0hyqxbp image-yenigundem_27e3b640d0ee0b99e8a984d20f3dbccb_07cilznphoa4596x3yj1 image-yenigundem_f189c78df1daf8d5b942302d77da7404_24e1wi0qb7umphfzt3n8 image-yenigundem_201acb7c21d4f64fc84c846196bb2c91_hewfyk5j6r7cpg3421i8

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90