Atatürk Hava Limanında törədilən terror aktından beş il ötür

image-atatwrkbackend

İstanbulun Atatürk Hava Limanında 2016-cı il iyunun 28-də törədilən terror aktından beş il ötür.

Busaat.az xəbər verir ki, bu qanlı hadisə zamanı 45 nəfər həlak olub, 163 nəfər yaralanıb.

Terror aktı üzərilərinə partlayıcı qurğu yerləşdirilən üç terrorçunun hava limanının xarici uçuşlar terminalına daxil olaraq özlərini partlatmaları ilə törədilib.

İlk günlərdə hadisə ilə bağlı məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib. Sonradan hadisənin İŞİD terror qruplaşması tərəfindən törədildiyi müəyyən olunub.

Faktla bağlı böyük əksəriyyəti xarici vətəndaş olmaqla, çox sayda insan həbs edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90