“ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik” – Natiq Cəfərli

“ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik” – Natiq Cəfərlibackend

“Kremlin təkbaşına moderatorluğu bizə yaxşı heç nə vəd etmir”.

Busaat.az xəbər verir ki, bunu ATƏT-Azərbaycan münasibətlərini dəyərləndirən “Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

Natiq Cəfərliyə görə, Azərbaycanın ATƏT və Minsk Qrupu ilə münasibətləri bütünlüklə kəskinləşdirməsi məqsədəuyğun deyil:

“ATƏT-lə münasibətlərin çox aşağı salınmasının, əhalidə bu quruma nifrət və rişxənd hissinin yaradılmasının qəti əlehinəyəm. Əksinə ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik, ilk olaraq onara təklif etmək lazımdır ki, yeni reallığı nəzərə alıb yeni təkliflər hazırlasınlar. Əgər həmin təkliflər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində icmalararası münasibətlərin bərpasına, münaqişənin bütün nəticələrinin, o cümlədən 1988-ci ildə Ermənistan ərazisindən vəhşicəsinə deportasiya edilmiş 235 min azərbaycanlıların hüquqlarının bərpasına xidmət edəcəksə, dolayısıyla, Qarabağda olan erməni əsilli azərbaycanlıların nə hüququ olacaqsa, bunun eynisinin Ermənistanda azərbaycanlılar üçün təsis olunmasını ehtiva edəcəksə, onları dəstəkləməliyik”.

Rusiyanın öz əsgərini ərazimizdə yerləşdirməklə Minsk Qrupuna ehtiyacın olmadığını göstərdiyini biçdirən N.Cəfərlinin fikrincə, bu gün ATƏT formatının tam sıradan çıxmasında məhz Kreml daha çox maraqlıdır:

“Çünki Avropa təsisatlarının məsələdə yenidən aktiv rol olması onların planlarına mane ola bilər. Ona görə də ATƏT-lə yeni münasibətlər formatı təsis etməklə, Rusiyanın ərazimizdə çox da əl-qol açmasına maneələr yarada bilərik. Başqa sözlə, ATƏT-ə biz indi həm də Rusiyanın təkbaşına moderator olmasına mane olacaq institut kimi baxmalıyıq. Dövlət siyasəti emosiyalarla olmur, qısa-orta-uzun vadəli düşünülmüş strategiyaya əsaslanaraq ağıllı taktiki addımlarla qurulur. Biz bölgədə yeni reallıq yarada bildik, artıq biz mütləq böyük düşünüb, böyük oynamağa borcluyuq. Bu yolda ən vacib elementlərdən biri dəngələri doğru qurmaq, böyük oyunçuların qaçılmaz maraq toqquşmalarından ustalıqla istifadə etməkdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90